İsmayıllılar Həmrəylik Günü və Yeni ili təntənəli şəkildə qeyd ediblər...

30 Dekabr 2019 17:07

İsmayıllılar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili təntənəli şəkildə qeyd ediblər. Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçıları təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bütün ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyətə çağıran tarixi gün olduğunu vurğulayıb. İcra başçısı ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən danışıb. Xalq şairi Musa Yaqub fəxri ada layiq görüldüyünə, ona yeni mənzil hədiyyə etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirib. Bayram tədbirində ayrı-ayrı fəaliyyət sahələrində fərqlənən bir qrup sakinə rayon icra hakimiyyətinin təşəkkürnaməsi və hədiyyələri verilib. Tədbir bədii hissə ilə davam edib.