Qəbələdə “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni İl” adlı tədbir keçirilib...

30 Dekabr 2019 16:55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkiltçılığı ilə “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni İl” adlı tədbir keçirilib. Tədbirə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Qəbələ Şəhər İcra Hakimiyyətinin, Təhsil şöbəsinin müdiri, “Qızıl Aypara” Cəmiyyətinin rəsmiləri də qatılıb. Çxış edənlər qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə uşaqları təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Vurğulanıb ki, Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Tədbir məktəblilərin hazırladıqları əyləncəli çıxışlarla davam edib. Sonda sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə və tək valideynli uşaqlara ərzaq, isti qış geyimləri, eləcə də yeni il sovqatı təqdim edilib.