AVF məktəbə velosipedlə gedib-gələn şagirdləri sevindirdi...

30 Dekabr 2019 16:12

Azərbaycan Velosiped İdmanı federasiyası məktəbə velosipedlə gedib gələn İtitala kənd orta məktəbinin şagirdləri üçün təhsil ocağının həyətində velodayanacaq qurub. Bununla yanaşı, müsahibəsində velosiped arzusunu dilə gətirən məktəbli və başqa aztəminatlı ailədən olan daha bir məktəbliyə isə fedrasiya tərəfindən velosiped hədiyyə edilib. Şagirdlərə velosiped idarə edərkən təhlükəsizlik qaydaları da izah edilib. Federasiya nümayəndələri Zaqatala rayonunun Bəhmədli kəndindən olan Damla Ramazanovanı da velosipedlə sevindirib. 11 yaşlı məktəbli Şaxta babaya yazdığı məktubunda velosiped arzusunu ifadə edib. Elə şaxta baba tərəfindən ona təqdim edilən bu hədiyyə qızın sevincinə səbəb olub.