Dağlıq ərazidə yanğın olub...

28 Dekabr 2019 14:06

Gecə saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, dağlıq-meşəlik ərazidə yanğın başlayıb. Zaqatala rayonu Yuxarı Tala kənd inzibati ərazisinə yaxın “Meşleş” adlanan yüksək dağlıq-meşəlik ərazidə baş verən yanğın, əraziyə cəlb edilən Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları, şəxsi heyəti və yerli sakinlərin köməkliyi ilə tez bir zamanda məhdudlaşdırılıb. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində bir hektara qədər sahədə kol-kos və xəzəl yanıb.