Zaqatalada bayram yarmarkası təşkil edilib...

27 Dekabr 2019 17:52

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Zaqatalada Kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilib. 3 gün davam edəcək yarmarkaya ümumilikdə 10 tona yaxın meyvə tərəvəz, 3 ton ət, 600 kq-a yaxın quş əti çıxarılıb. Bazar qiymətlərindən ucuz olan yarmarkada ətin bir kiloqramı 7-9 manata, quş əti 6-10 manata, Hind toyuğunun kiloqramı 9-12 manata, balıq isə kiloqramı 4-6 manata alıcılara təklif edilib. Yarmarkada satışa çıxarılan hər bir məhsulun keyfiyyəti aidiyyatı qurumlar tərəfindən yoxlanılıb. Yarmarkanın Əliabad həftə bazarında da təşkil edilməsi planlaşdırılır. Məqsəd isə süni qiymət artımının qarşısını almaqla əhalini bayram öncəsi ucuz və keyfiyyətli məhsulla təmin etməkdir.