Şəki idmançıları növbəti yarışdan qələbə ilə qayıdıblar...

27 Dekabr 2019 16:53

İdmançılar Bakıda keçirilən Prezident kubokunda Şəkini təmsil ediblər. Beynəlxalq səviyyədə keçirilən turnirdə 900-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Şəki isə turnirə 6 idmançı və bir məşqçi ilə təmsil olunub. İdmançılar rəqiblərinə qarşı üstün mübarizə aparıb və qələbə qazana biliblər. Medallarla yanaşı , idmançılar diplomlarla da təltif ediliblər. Hazırda isə Şəki idmançıları növbəti turnirə hazırlaşırlar.