Qəbələ baytarlıq idarəsi profilaktik tədbirlərə başlayıb...

26 Dekabr 2019 16:14

Hava şəraitinin mövsümə uyğun olmaması heyvanlar arasında da bəzi xəstəliklərin yayılmasına şərait yaradır. Bunu nəzərə alaraq Qəbələ baytarlıq idarəsi profilaktik tədbirlərə başlayıb. Rayonda epizootik vəziyyətin sabit qalması üçün rayonda mal-qara, ev quşları və digər təsərrüfat heyvanları peyvənd olunur. Bu məqsədlə Qəbələ rayon baytarlıq idarəsinə lazımi qədər vaksin göndərilib. Qəbələ rayonunda statistikaya görə 46 560 baş iribuynuzlu, 190 minə yaxın xırda buynuzlu, min başa yaxın tək dırnaqlı, 400 minə yaxın ev quşu var. Bu il ümumilikdə Qəbələdə 46830 iribuynuzlu ,182 122 xırda buynuzlu və 1000 başdan artıq donuz və təkdırnaqlı heyvan qara yaraya görə peyvənd olunub. Bundan başqa, dabaq xəstəliyinə və modelyar dermatitə görə peyvəndləmə işləri də aparılıb.