"BMW" ağaca çırpıldı, 4 nəfər xəsarət aldı...

25 Dekabr 2019 18:17

Qaxda baş verən qəzada bir nəfər xəsarət alıb. Hadisə bu gün günorta saatlarında rayonun Əlibəyli kəndi ərazisində baş verib. Bakı sakini 27 yaşlı Xəzər Səmədzadə idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı qoz ağacına vurub. Nəticədə avtomobildə olan dörd nəfərdən üçü yüngül xəsarət alsa da, Bakı sakini 27 yaşlı Mircavad Qasımov kəllə beyin travması və sol budun sınığı diaqnozu ilə Qax rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla baglı araşdırma aparılır.