Şamaxıda “Sakura bağı” salındı...

25 Dekabr 2019 17:37

Yaponiyanın Azərbaycandakı səfirinin müavini, müşavir Keisuke Yamanakanın başçılıq etdiyi nümayəndə heyəti Şamaxı rayonuna səfər edib. Rayon icra hakimiyyətində keçirilən görüşdə icra başçısı Tahir Məmmədov qonaqlara Şamaxının tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. Sonra qonaqlar Yaponiyadan Şamaxıya gətirilən 1000 ədəd Sakura ağacının əkildiyi bağın ərazisinə gələrək ağacəkmədə iştirak ediblər. Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Şamaxıda salınan “Sakura bağı” ölkələrimiz arasında münasibətlərin mədəni səviyyədə daha da inkişaf etdirilməsi məqsədini daşıyır.Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramına da qatılan qonaqlar, daha sonra rayonun tarixi, maddi-mədəni abidələri və müasir turizm kompleksləri ilə tanış olublar.