Vəndam qəsəbəsində yeni məktəb binası istifadəyə verilib...

25 Dekabr 2019 17:03

Qəbələ rayonunun Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilmiş 360 şagird yerlik yeni tədris binası qapılarını şagirdlərin üzünə açıb. Bu münasibətlə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon təhsil şöbəsinin , ziyalılar, ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak ediblər. Nazir və mərasim iştirakçıları binada yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, ikimərtəbəli, 360 şagird yerlik yeni məktəb binasında 15 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, məktəbəqədər, hərbi hazırlıq, tibb, kompüter, texnologiya otaqları, akt zalı, yeməkxana, kitabxana, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb. Məktəblə tanışlıqdan sonra Təhsil naziri Ceyhun Bayramov məktəbin akt zalında gənc müəllimlərlə görüşüb.