Avtomobil ağaca çırpıldı, 27 yaşlı gənc dünyasını dəyişdi...

24 Dekabr 2019 17:55

Qaxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün günorta saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. Yevlax rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı yaralanan 27 yaşlı Cəsarət Vəliş oğlu Əlizadə xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı araşdırma aparılır.