"Şəki" ilin son oyununu heç-heçə ilə başa vurdu...

24 Dekabr 2019 17:42

Region liqasında çıxış edən "Şəki" komandası növbəti turda öz meydanında "Energetik" komandası ilə qarşılaşıb. Hər iki komanda da qələbə uğrunda əzmkar oyun oynayıb. İlk hissədə tərəflər qarşılıqlı qol imkanları tapsalar da, lakin fərqlənən olmayıb. Matçın ikinci hissəsi də qarşılıqlı hücumlarla keçib. Ancaq ikinci hissədə də komandalar qol şanslarından yararlana bilməyiblər. Nəticədə matç 0-0 hesablı qolsuz bərabərliklə yekunlaşıb və komandalar xalları bölüşüblər. Bu matç həmçinin 9-cu turun bu ilə olan son oyunu idi. Şəki komandası növbəti matçını 22-23 fevral tarixlərində Oğuza qarşı keçirəcək. Hazırda isə Şəki komandası 8 oyunda topladığı 14 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.