Hərbçilər Şəki Qarışıq Tipli uşaq evində...

24 Dekabr 2019 16:19

Beyləqan-Füzuli bölgəsində yerləşən hərbi hissənin hərbçiləri və Aprel döyüşlərinin iştirakçıları Şəki Qarışıq Tipli uşaq evini ziyarət ediblər. Artıq adət alına çevrilən bu ziyarət zamanı hərbiçilər uşaqlar üçün yeni il hədiyyələri , müxtəlif yardımlar da təşkil ediblər. Tədbirdə hərbiçilərin uşaqlar üçün yazdığı məktublar oxunub. Həmçinin general-mayor Mayıs Bərhudarovun adından dekabrda anadan olmuş uşaqlara diplom və hədiyyələr təqdim edilib. Sonda ad günü olan uşaqlar üçün hazırlanmış tort kəsilib və əyləncə təşkil edilib. Füzuli Dövlət Dram teatrının aktyorları tərəfindən tərtib edilən əyləncəli proqram uşaqların böyük sevincinə səbəb olub.