"Qəhrəmanın hünəri - Vətən qəhrəmanlarını unutmur"...

24 Dekabr 2019 16:03

İsmayıllının Basqal qəsəbəsində Böyük Vətən Müharibəsi Qəhrəmanı, əslən basqallı olan Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş "Qəhrəmanın hünəri - Vətən qəhrəmanlarını unutmur" adlı tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, qəsəbədəki idarə, müəssisə və təşkilatların rəsmiləri, əslən Basqaldan olan ziyalılar, hərbçilər iştirak ediblər. Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çxış edənlər Kamal Qasımovun şərəfli ömür yolu barədə geniş məlumat verib. Daha sonra tədbirin bədii hissəsi start götürüb. Vətənə həsr olunmuş şeirlər, vətənpərvər ruhda mahnılar səsləndirilib, Kamal Qasımovun qəhrəmanlığını əks etdirən kiçik tamaşa nümayiş olunub. Sonda Kamal Qasımova həsr olunmuş, 1941-ci ildə lentə alınmış "Vətən oğlu" filmi nümayiş etdirilib.