Bölgələr namizədini seçir...

23 Dekabr 2019 17:36
Bu gün Azərbaycandakı bütün seçki məntəqələrində olduğu kimi şimal-qərb bölgəsində də saat 8:00-dan bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib. Bölgə üzrə səsvermə prosesi uğurla davam edir.
Qobustan sakinləri səs vermək məqsədi ilə səhər saatlarından etibarən məntəqələrə üz tutublar. 50 saylı​ Abşeron-Qobustan seçki dairəsindən rayonu üzrə 19 774 nəfər seçici​ qeydiyyatdan keçərək səsvermə hüququnu qazanıb. Rayonda​ 28 məntəqə faliyyət göstərir ki, burada seçicilərin rahat şəkildə səs verməsi üçün hər bir şərait yaradılıb.Seçkinin gedişatını izləmək məqsədi ilə iki məntəqə veb kameralar quraşdırılıb . Rayonunda yaşayan əlil və xəstə vətəndaşların səs verməsi daşına bilən qutular vasitəsilə təmin edilib.
85 saylı Şamaxı seçki dairəsi üzrə isə 63​ ​ məntəqə fəaliyyət göstərir. Bələdiyyə​ seçkilərində​ Şamaxı rayonu üzrə 41 min 601 nəfər​ seçici qeydiyyata alınıb. Seçki​ zamanı hər hansı bir qayda pozuntusu qeydə alınmayıb. Qeyd edək ki, Rayonda 259 Bələdiyyə yeri üzrə 680 namizəd mübarizə aparır .
İsmayıllı rayonu Bələdiyyə seçkisində ən aktiv səs verən bölgələrdən biridir. 86 saylı Dairə seçki komissiyası üzrə 41 584 sakinin səs verəcəyi gözlənilir. Dairə üzrə 69 məntəqə faliyyət göstərir ki, onların da 6-sında vebkamera quraşdırılıb.Qeyd edək ki,rayonda bu il 257 bələdiyə yeri uğurunda 726 namizəd vətəndaşların səsini qazanmaq üçün mübarizə aparır .
116 saylı Qəbələ seçki dairəsində ümumilikdə 54 məntəqədə seçkilər aparılır. Dairə üzrə 44170 seçici qeydə alınıb. Dairə üzrə 1 nəfər yaşı 100-dən çox olan seçicidir. 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə isə ümumilikdə 47107 nəfər seçici qeydə alınıb. Dairə üzrƏ 2 nəfər yaşı 100-dən cox olan seçici var.
Bütün ölkədə olduğu kimi, Şəkidə də səhər saat 8-dən etibarən şəhər və kənddəki bütün məntəqələr qapılarını seçicilərin üzünə açıb. Həmçinin qayda və qanun pozuntularının qarşısını almaq üçün bütün lazımı tədbirlər görülüb. Səslərin toplanacağı qutular plomblanıb, məntəqələrdə şəffaflığı qorumaq üçün kameralar quraşdırılıb. Xatırladaq ki, Şəkidə 3 seçki dairəsi üzrə 115 seçki məntəqəsi və 113 480 seçici var.
112 saylı Qax dairə seçki komissiyasına isə 58 məntəqə daxildir. Rayon üzrə 42 734 sakinin səs verəcəyi gözlənilir. Zaqatala və Balakən rayonlarında da ilk saatlardan etibarən seçici aktivliyi müşahidə edilib. 109 saylı Balakən, 110 saylı Zaqatala, 111 saylı Zaqatala-Balakən DSK üzrə ümumilikdə 138 636 seçicinin səs verməsi gözlənilir. DSK-ların əhatə etdiyi məntəqələrin hər birində lazımi şərait yaradılıb, veb kameralar quraşdırılıb.