Şəkidə şəhid Adil Hümmətovun xatirəsi anıldı...

23 Dekabr 2019 16:02

Şəkidə şəhid Adil Hümmətovun xatirəsi məzarı başında anılıb. Anım mərasiminə şəhidin valideynləri və qohumları ilə yanaşı SHXÇDX-nin Şəki şöbəsinin, Şəki şəhər İcra hakimiyyətinin rəsmiləri və Milli ordunun zabitləri iştirak edib. İlk öncə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin hərbiçi yoldaşları onun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan, xatirələrindən danışıblar. Çıxışlarda Adil Hümmətovun döyüş yolunun gənclərə nümunə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Vətən uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmur və daim əziz tutulur.