Qobustanda ölümlə nəticələnən​ avtomobil qəzası baş verib...

21 Dekabr 2019 11:23

Hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 80 km qeydə alınıb. Şamaxı sakini 44 yaşlı Səlimov Hidayət Nurum oğlunun idarə etdiyi "Mercedes" markalı yük avtomobili​ eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Qəza zamanı "Mercedes"də olan sərnişin Bakı şəhər sakini​ 42 yaşlı Qədirov Aydın Adil oğlu​ hadisə yerində dünyasını dəyişib. Qəzanın baş verdiyi əraziyə FHN-nin xüsusi riskli xilasetmə qrupu cəlb olunub. A.Qədirovun meyiti deformasiyaya uğramış avtomobilin içərisindən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.