Şəkidə keçirilən şahmat yarışının qalibləri mükafatlandırıldı...

20 Dekabr 2019 17:19

Şəki Gənclər və İdman idarəsi tərəfindən keçirilən şahmat yarışının qalibləri mükafatlandırılıb. 200-dək şahmatçının qatıldığı və 5 yaş qrupu üzrə keçirilən yarışda 10 nəfər 1-ci, 10 nəfər 2-ci və 10 nəfər də 3-cü yerə layiq görülüb. Qalib şahmatçılar medal və diplomlarla təltif edilib. Birinci yeri tutmuş 10 şahmatçı yanvarın 25-də Ağcabədidə keçiriləcək zona yarışında Şəkini təmsil edəcək. Qalib gələcəyi təqdirdə şahmatçılar Bakıda keçiriləcək ölkə çempionatına vəsiqə qazanacaqlar. Şəki şahmatçıları bu yarışdan da qalib ayrılarsa Azərbaycanı Dünya və Avropa çempionatında təmsil etmə hüququ qazanacaq.