Şəkidə "İstedadları tanıyaq" devizi altında rəsm müsabiqəsi keçirilib...

20 Dekabr 2019 17:09

Sərgidə məktəblilərin çəkdiyi 70-ə yaxın rəsm nümayiş olunub. 5 nominasiya üzrə keçirilən müsabiqədə "Narkomaniyaya yox deyək", "Yol hərəkəti qaydaları", "Təbiəti qoruyaq" və digər mövzularda olan rəsm əsərləri üstünlük təşkil edib. Tədbirdə Şəki şəhər Təhsil şöbəsi və DYPB-nin əməkdaşları iştirak ediblər. Vurğulanıb ki, yarışın keçirilməsində məqsəd, şagirdlərin bacarıqlarını inkişaf etdirmək və istedadlı şagirdləri üzə çıxarmaqdır. Rəsm əsərlərinə baxış keçirilib və seçilən rəsmlərin müəllifləri mükafatlandırılıb.