"Çağdaşımız Nəsimi"...

19 Dekabr 2019 16:14

Şamaxıda "Çağdaşımız Nəsimi" adlı elmi-praktik konfrans keçirilib. Tədbirə Türkiyə Azərbaycan Dərnəklər Federasiyasının, Türkiyədə yerləşən Azərbaycan Qarabağ Azadlıq Cəmiyyətinin və Azərbaycan Dillər Universitetinin rəsmiləri qatılıb. Sabir qəsəbə tam orta məktəbində keçirilən tədbirdə İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Vurğulanıb ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Hər bir xalqın dünyada tarixi şəxsiyyətləri ilə tanındığı, xalqımızı dünyada tanıdanlardan birinin də Nəsimi olduğu xüsusi qeyd edilib. Sonda şagirdlərin ifasında Nəsiminin şeirləri səsləndirilib. Tədbirin sonunda Kocaeli Cümhuriyyət orta məktəbi ilə Sabir qəsəbə tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.