Şamaxı İncəsənət Təhsili Mərkəzinin 60 illik yubileyi qeyd olunub...

17 Dekabr 2019 17:09

İncəsənət təhsili mərkəzində keçirilən yubiley mərasiminə rayon administrasiyası, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də rayon sakinləri qatılıb. Bildirilib ki, 1957-ci ildə əsası qoyulan musiqi məktəbində milli musiqi ənənələrimizin qorunub saxlanılması və təbliği istiqamətində böyük işlər görülüb. Məktəbin yetirmələri müxtəlif müsabiqələrdə uğurla çıxış edərək bir sıra nəaliyyətlərə imza atıblar. Tədbirdə vurğulanıb ki, Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərinin mərkəzində müasir tələblərə cavab verən möhtəşəm İncəsənət Təhsili Mərkəzinin binası inşa edilib. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Tədbir rəngarəng konsert proqramı ilə davam edib. Musiqi məktəbinin xor kollektivi, istedadlı musiqiçilər,muğam ifaçıları musiqi nömrələrini təqdim edib, təbriklərini çatdırıblar.