Balakəndə şahmatçılar arasında yarış keçirilib...

17 Dekabr 2019 15:42

Balakəndə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş dərəcəli şahmatçılar arasında yarış keçirilib. Rayon Uşaq Gənclər –Şahmat məktəbinin təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında baş tutan zəka birinciliyində 6-16 yaş qruplarında qız və oğlanlar mübarizə aparıb. Uşaq və yeniyetmələr arasında şahmat idman növünün təbliği, yaş qrupları üzrə Rayon Çempionatının qaliblərinin müəyyənləşdirilməsi, eləcə də gənc şahmatçıların ustalıq səviyyəsinin artırılması məqsədi ilə təşkil edilən rayon birinciliyində hər yaş qrupu üzrə 1,2 və 3-cü yeri tutan şahmatçılar medal,diplom və qiymətli hədiyyələrlə təltif edilib.