Şəkidə Universal Döyüş növləri üzrə Beynəlxalq çempionat keçirilib...

17 Dekabr 2019 15:31

Azərbaycan Universal Döyüş federasiyası tərəfindən keçirilən yarışa 7 ölkədən 500-dən çox idmançı qatılıb. Yarışda Azərbaycan Universal Döyüş federasiyanın və Şəki Gənclər və İdman idarəsinin rəsmiləri də iştirak edib. Yarış beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub. AUD tərəfindən yarışın təşkilində köməklik göstərən qurumların rəhbərlərinə diplomlar təqdim edilib. Daha sonra yarış start götürüb. Uzun mübarizənin sonunda qalib idmançılar diplom və medallarla federasiyanın rəhbərliyi tərəfindən təltif edilib.