Zaqatalada motosiklet ağaca çırpıldı, 1 yaralı...

17 Dekabr 2019 13:11

Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb. Hadisə axşam saatlarında rayon Bəhmətli kəndi ərazisində baş verib. Kənd sakini, 35 yaşlı Şirinov Vüsal Məmməd oğlu qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək motosikleti yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra ağır xəsarət alan Vüsal Şirinov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.