Şəkidə Memarlar İttifaqı İdarə heyətinin Qış Plenumu keçirilib...

16 Dekabr 2019 16:10

Tədbir Heydər Əliyev mərkəzində baş tutub. İlk öncə tədbir iştirakçıları mərkəzlə tanış olub, “Müasir Azərbaycan memarlığı” sərgisinə baxış keçiriblər. Daha sonra tədbirin rəsmi hissəsi start götürüb. Regionda memarlıq abidələrinin vəziyyəti və qorunub saxlanılması problemləri barədə məruzələr dinlənilib. Hesabat dövründə Azərbaycan Memarlar İttifaqı tərəfindən görülən işlərdən danışılıb. Plenumda Azərbaycan Memarlar İttifaqı Təftiş Komissiyasının hesabatı dinlənilib, plenumun qətnaməsi qəbul edilib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. Sonda şəhərsalma və memarlıq sahəsində fərqlənənlərə qurumun fəxri fərmanları təqdim olunub.