Şəkidə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş növbəti tədbir keçirilib...

14 Dekabr 2019 11:35

Heydər Əliyev mərkəzində baş tutan tədbirdə təhsil işçiləri, şagird və valideynlər iştirak edib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Nəsimiyə aid şeirlər söylənilib, səhnəciklər və rəqslər ifa edilib. Tədbirin keçirilməsində məqsəd Nəsimi yaradıcılığına məktəblilərə tanıtmaq, Azərbaycanın tarixi şəxsiyyətləri haqda dolğun məlumat verməkdir.