Şəkinin "Marxal" komandası növbəti qələbəsini qazandı...

14 Dekabr 2019 11:23

Yüksək qızlar liqasında mübarizə aparan "Marxal Şəki" komandası növbəti matçını keçirib. Öz meydanında Bakının "Fidan" komandası ilə qarşılaşan "Marxal Şəki" böyük hesablı qələbə qazana bilib. İlk dəqiqələrdən rəqibindən daha üstün oyun sərgiləyən komanda ard-arda qollar vuraraq oyunda liderliyi ələ keçirib. Rəqibinə heç bir şans tanımayan "Marxal Şəki" ilk hissəni 6-0 irəlidə bitirib. Matçın ikinci hissəsinə də üstün başlayan yenə "Marxal Şəki" komandası olub. Komanda rəqib qapısına daha 4 top yollaya bilib. Nəticədə matçdan 10-0-lıq qələbə ilə ayrılan "Marxal Şəki" komandası topladığı 18 xalla turnir cədvəlindəki 4-cü yerini daha da mökəmlədib. Növbəti turda komanda Balakənin "Balxurma" komandası ilə qarşılaşacaq.