İsmayıllı rayon ərazisində avtomobildə at əti daşıyan şəxs saxlanılıb...

13 Dekabr 2019 17:44

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. İsmayıllı şəhəri ərazisində hərəkətdə olan “VAZ 21011” markalı avtomobil İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan heyvan cəmdəyi aşkar edilib. Nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədov dandaşıdığı həmin ətə görə sənədlər tələb olunduqda, o, sənəd təqdim etməyib. Ətin mənşəyi məlum olmadığından avtomobil müvəqqəti duracağa yerləşdirilib. Elçin Məmmədov izahatında həmin ətin at əti olduğu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.