Zaqatalada dördüncü Resurs və Təlim mərkəzi istifadəyə verildi...

11 Dekabr 2019 17:01

British Council və Britaniyanın Azərbaycandakı Səfirliyi bu il Zaqatalada yerləşən Ağdam rayonu 152 nömrəli tam orta məktəbdə dördüncü Resurs və Təlim mərkəzini açıb. Açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Təhsil Nazirliyinin və Səfirliyin nümayəndələri iştirak edib. Bildiirlib ki, bu, Azərbaycanda hazırda mövcud olan 13 ingilis dili mərkəzindən ibarət şəbəkəyə əlavə ediləcək beş yeni Resurs və Təlim mərkəzindən dördüncüsüdür. Yeni təlim mərkəzləri Abşeron, Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılır və yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resursları, texnologiya və özünütəlim materialları ilə təchiz edilir.