Şəki idmançılarının növbəti uğuru...

11 Dekabr 2019 16:49

Şəki idmançıları Bakıda keçirilmiş Azərbaycan Açıq Beynəlxalq karate çempionatından medallarla qayıdıblar. Beynəlxalq səviyyədə keçirilən yarışa 10 ölkədən 500-ə yaxın idmançı qatılıb. Şəkini yarışda 3 idmançı təmsil edib. Bunlar 10-11 yaş qrupunda döyüşən Məhəmməd Şəmkiyev, Sadəddin Mikayılzadə və 8-9 yaş qrupunda döyüşən Rüqayə Nəsirovadır. Hər 3 idmançı yüksək nəticə göstərə bilib. Belə ki, Məhəmməd Şəmkiyev qızıl, Rüqayə Nəsirova gümüş və Sadəddin Mikayılzadə bürünc medal qazana bilib. Hazırda idmançılar növbəti yarışa hazırlaşır.