Qəfil yola çıxan at qəzaya səbəb oldu...

11 Dekabr 2019 16:16

Zaqatalada qəfil yola çıxan at qəzaya səbəb olub, bir nəfər xəsarət alıb. Hadisə rayonun Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib. Hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobilinin qarşısına qəfildən at çıxıb. Qəza zamanı at hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - rayonun Danaçı kənd sakini, 25 yaşlı Adilə Rövşən qızı Əhmədova isə aldığı müxtəlif dərəcəli xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.