Böyük Britaniya səfiri Şəkidə səfərdə olub...

10 Dekabr 2019 17:26

Böyük Britaniyanın ölkəmizdəki səfiri Geyms Şarp (James Sharp) Şəkiyə səfər edib. Səfir səfər çərçivəsində Şəki şəhər İcra Hakimiyyəti başçısı ilə görüşüb. Görüşdə səfirə Şəki şəhəri, onun tarixi, burada keçirilən festival və tədbirlər barədə ətraflı məlumat verilib. Şəhərin tarixi hissəsinin YUNESKO-nun dünya irsi siyahısına daxil olduğu xüsusi vurğulanıb. Öz növbəsində səfir Geyms Şarp da Şəkinin adını çox eşitdiyini və şəhəri görmək arzusunun olduğunu vurğulayıb. O, səfərdən çox razı qaldığını, bu gözəlliyi görmək üçün yay aylarında da Şəkiyə təkrar səfər edəcəyini bildirib. Tərəflər onları maraqlandıran bir çox mövzu ətrafında müzakirələr aparıblar.