Şəki futbol komandası öz meydanında Oğuz komandasını məğlub etdi...

10 Dekabr 2019 17:13

Region liqasında mübarizə aparan Şəkinin futbol komandası növbəti matçını keçirib. Öz meydanında Oğuz komandası ilə qarşılaşan Şəki komandası oyunun ilk dəqiqələrindən üstün oyun sərgiləyib. Rəqibindən daha yaxşı mübarizə aparan Şəki komandası ilk hissədə çox sayda qol fürsəti yaxalayıb və rəqibin qapısına 2 cavabsız top vura bilib. İkinci hissədə də öz əzmkar oyununu davam etdirən komanda daha 2 qol vurmağa nail olub. Nəticədə 4-0 hesabı ilə qələbə qazanan Şəki komandası topladığı xalların sayını 13-ə çatdırıb. Bu qələbədən sonra komanda turnir cədvəlində 2-ci yerini möhkəmləndirib. Növbəti turda isə Şəki komandası Gəncənin Qoşqar UGİM-2 komandasının qonağı olacaq.