Şəkidə məktəblər arasında voleybol yarışı keçirilib...

10 Dekabr 2019 16:45

Şəkidə şəhər və kənd məktəblərindən olan komandalar arasında voleybol yarışı keçirilib. 11-12 yaşlılar arasında keçirilən yarışa 5 komanda qatılıb. Çıxış edənlər yarışın gənc idmançıları üzə çıxarmaq və onların inkişaf etməsinə kömək olmaq məqsədini daşıdığını bildiriblər. Həmçinin bu cür yarışlar Şəki voleybol yığmasının da formalaşmasında böyük rol oynayır. Belə ki, güclü idmançılar komandalardan seçilərək gələcəkdə keçiriləcək zona və respublika yarışlarında iştirak edəcəklər.