Şamaxı məktəbləri “Merkur konstruktor dəstləri” ilə təmin edilib...

09 Dekabr 2019 16:46

Çex Respublikasının inkişafa yardım layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən 5 ümumtəhsil müəssisəsi “Merkur konstruktor dəstləri” ilə təmin edilib. Layihə çərçivəsində Çex Respublikasında istehsal olunan konstruktor dəstləri ölkəmizə gətirilib və Çex Respublikasının Bakıdakı Səfirliyi tərəfindən konstruktor dəstlərinin təlimatları çex dilindən Azərbaycan dilinə tərcümə edildikdən sonra Muğanlı, Qaravəlli, Meysəri, Qızmeydan, Əngəxaran kənd məktəblərinə təqdim olunub. Təqdimat mərasiminə Çex Respublikasının Azərbaycandakı səfiri və Təhsil Nazirliyinin nümayəndələri qatılıblar.