Şəkidə məktəblilər arasında esse müsabiqəsi keçirilib...

09 Dekabr 2019 15:36

Şəkidə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirilib. Şəki şəhər Regional Elmi mərkəzin təşkilatçılığı ilə keçirilən müsabiqədə həm şəhər, həm də kənd məktəblərindən 39 şagird iştirak edib. Yazılmış esselər 5 nəfərdən ibarət komissiya üzvləri tərəfindən yoxlanılıb və qaliblər seçilib. Qaliblərin mükafatlandırılması mərasimində çıxış edənlər yarışmanın məqsədindən,İmadəddin Nəsiminin yaradıcılığından danışıb və dahi şairin şeirlərini səsləndiriblər. Müsabiqə iştirakçılarının hər biri sertifikat və kitabla təltif ediliblər. Müsabiqənin qalibləri isə əlavə olaraq diplom və hədiyyələr də qazanıb. Sonda müsabiqənin qalib esse yazısı yenidən oxunub.