İsmayıllıda ağır qəzada oğlunun öldüyünü zənn edən ata infarkt keçirdi...

09 Dekabr 2019 12:06

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər - 28 yaşlı Diyalı kənd sakini Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı 3 nəfər - İsmayıllı sakinləri- 41 yaşlı Süleymanov Ramil Məhəmədağa oğlu, 37 yaşlı Süleymanov Mehman Eyvaz oğlu və 38 yaşlı İsmayılov İlkin İkram oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Avtoqəzadan sonra xəstəxanaya yerləşdirilən yaralılardan birinin yaxın qohumu Diyallı kənd sakini Rəhman Nuğayev hadisə barədə xəbəri qəflətən eşidib və səhv məlumat əsasında hadisə zamanı öz oğlunun da öldüyünü zənn edərək infarkt keçirib. Ürək xəstəsi olan, yenicə cərrahiyyə əməliyyatından çıxan Rəhman Nuğayevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.