Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan voleybol birinciliyində 6 komanda mübarizə aparır...

06 Dekabr 2019 17:15

Oğuz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan voleybol üzrə rayon birinciliyinə start verilib. Oğuz Rayon İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyasının yerli nümayəndəliyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 6 komanda mübarizə aparır. Birinciliyin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov və Federasiyanın yerli nümayəndəliyinin rəhbəri Hafiz Mustafayev çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açıb, komandalara uğurlar arzulayıblar.Dairəvi sistem üzrə keçirilən oyunlar dekabrın 11-dək davam edəcək. Birinciliyin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.