Balakəndə biri azyaşlı olmaqla iki nəfəri sahibsiz it dişləyib...

05 Dekabr 2019 14:01

Axşam saatlarında rayonun Katex kənd sakini, 9 yaşlı Fərman Əllazov it dişləməsi xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Fərman Əllazovun yaşadığı kəndin ərazisində sahibsiz itin hucumuna məruz qaldığı məlum olub. İt uşağın sağ yuxarı ətrafının saidindən dişləyərək xəsarət yetirib. Ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub, xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Axşam saatlarında daha bir nəfər Balakən şəhər sakini, 32 yaşlı Elçin Həsənov da sağ əlin it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət edib. Elçin Həsənovun da sahibsiz itin hucumuna məruz qalması məlum olub.