35 yaşlı kişi evində ölü tapıldı...

05 Dekabr 2019 13:48

Zaqatalada evdən kişi meyiti tapılıb. Hadisə Zaqatala şəhəri, Hacı Zeynaləddin Tağıyev küçəsində qeydə alınıb. 35 yaşlı Elvin Eldar oğlu Ələkbərovun meyiti qonşuları tərəfindən yaşadığı evdə aşkar edilib. Hadisə yerinə çağrılmış təcili tibbi yardım briqadasının və hüquq-mühafizə orqan işçilərinin ilkin rəyi nəticəsində Elvin Ələkbərovun meyitinin üzərində heç-bir zorakılıq əlamətləri aşkar edilməyib. Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Zaqatala rayon şöbəsinə təvhil verilib. Faktla bağlı araşdırma aparılır.