Şəki DYPB sürücülərə xəbərdarlıq edib...

04 Dekabr 2019 17:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir. Dağlıq ərazilərdə yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, Şəki DYPB sürücülərə xəbərdarlıq edib. Hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin diqqətinə çatdırılıb ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.