İsmayıllıda Beynəlxalq Əlillər Günü qeyd edilib...

04 Dekabr 2019 17:14

İsmayıllı rayonunda 7 min nəfərdən çox müxtəlif kateqoriyalı fiziki məhdudiyyətli sakin yaşayır. Respublikamızın hər yerində olduğu kimi, burada da əlilliyi olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.Bu fikirlər İsmayıllıda Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbirdə səsləndirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sağlamlıq imkanı məhdud şəxslərin, şəhid ailələrinin, təqaüdçülərin sosial rifahının 2019-cu ildə dövlət başçısının sərəncamları ilə daha da yaxşılaşdığını vurğulayıb. Tədbirdə çıxış edən əlillər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Daha sonra Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən nərd yarışında qalib gələn əlil şəxslərə medal, diplom və qiymətli hədiyyələr verilib.Tədbir rayon mədəniyyət mərkəzinin hazırladığı bədii proqramla davam edib.