Qaxda bal emalı müəssisəsi istifadəyə verildi...

04 Dekabr 2019 17:04

Ləkit kəndində bal emalı müəssisəsinin fəaliyyətə başlaması satışa çıxarılacaq yerli balın qablaşdırılmasında və saxlanmasında, eləcə də arıçılığın inkişafında əhəmiyyətli olacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil edilmiş tədbirdə vurğulanıb ki, SEDA layihəsi çərçivəsində istifadəyə verilmiş yem, bal emalı, meyvəqurutma və inkubator müəssisələri kimi layihələr bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verir. Ümumilikdə müəssisədən Ləkit kəndində yaşayan 450 ailə və ətraf kəndlərin sakinləri yararlanacaq. Müəssisədə ilkin olaraq gün ərzində bir ton bal qablaşdıracaq. Gələcəkdə isə müəssisənin gücü artırılacaq. Qeyd edək ki, Ləkit kəndində istifadəyə verilmiş bal emalı müəssisəsi balın qablaşdırılması avadanlıqlarından və bal saxlama çənindən ibarətdir.