Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün əyləncələr təşkil edilib...

03 Dekabr 2019 18:04

Gənclər Fondu və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edir. Könüllü hərəkatlarını təmsil edən və fəal gənclər Şəki İnteqrasiya Təlimli İnternat tipli gimnaziyanın, Qarışıq-tipli uşaq evinin, həmçinin Zaqatala Şəhər İnİnteqrasiya Təlimli İnternat tipli gimnaziyanın qonağı olublar. Valideyn himayəsindən məhrum olan uşaqların iştirakı ilə müxtəlif oyunlar və əyləncəli proqramlar təşkil edilib. Qonaqlar uşaqların əl işləri ilə yaxından tanış olublar. Uşaqlar könüllülərlə foto çəkdirib və onlarla birgə rəqs ediblər. Dekabrın ilk günündən “ŞəhidimİZ” və “VətənimİZ” kampaniyaları ilə start götürən “Azərbaycan Könüllülük Həftəsi” ayın 9-na kimi bütün ölkə üzrə tədbirlərlə davam edəcək. Növbəti günlərdə “TəbiətimİZ” adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur.