Şəkidə “Olimpiya Odisseyası” keçirilib...

02 Dekabr 2019 16:57

Şəki Heydər Əliyev mərkəzində “Olimpiya Odisseyası” layihəsi çərçivəsində olimpiya çempionu Namiq Abdullayevlə görüş keçirilib. Tədbir gənclər arasında sağlam həyat tərzinin, hər bir yaş kateqoriyası üçün bədən tərbiyəsi və idmanın, Olimpiya prinsiplərinin, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyası təbliğ məqsədi daşıyıb. Ölkəmizdə, o cümlədən Şəki şəhərində həyata keçirilən gənclər siyasəti və idman sahəsində əldə olunan nəaliyyətlərdən danışılıb. Sonra sərbəst güləş üzrə 1996-cı il Atlanta Olimpiadasında gümüş, 2000-ci il Sidney Olimpiadasında qızıl medal qazanmış Namiq Abdullayevdən bəhs edən “Qızıl Sidney/Namiq Abdullayev” filmi nümayiş etdirilib. Olimpiya çempionu ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üçün hər cür şərait yaradıldığını deyib. Bildirib ki, dövlətin yüksək diqqət və qayğısı nəticəsində idmanın digər növləri kimi, güləş də sürətlə inkişaf edir. O, həmçinin idman həyatındakı maraqlı anları tamaşaçılarla bölüşüb.