"Hyundai" və "Niva" toqquşdu, 6 yaralı...

02 Dekabr 2019 16:29

Oğuzda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb. Hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılardan iki nəfər 54 yaşlı Zaqatala sakini Oruc Məhərrəmov və 58 yaşlı Ağdam sakini Eldar Quliyev xəstəxanaya getməkdən imtina ediblər. 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alan Zaqatala sakinləri 55 yaşlı İradə Məhərrəmova, 24 yaşlı Günel Kazımova, 84 yaşlı Çiçək Məhərrəmova və Şəki sakini 52 yaşlı Əsli Məmmədova Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanada yaralılara müayinə olunaraq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.