İmadəddin Nəsimiyə həsr olunan beynelxalq elmi konfrans keçirilib...

02 Dekabr 2019 16:15

Şəkidə “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Şərqşünaslıq, Elm Tarixi institutları və Şəki Şəhər İcra Hakimiyyətidir. Konfransın əvvəlində Şəki Dövlət Regional Kollecin müəllim və tələbələrinin Nəsiminin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Çıxış edənlər dahi şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə məlumat verib. Bildirilib ki, İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli sənətkarlar sırasında özünəməxsus yer tutur. Daha sonra “Mədəniyyətdə böhran, ayaqda qalan şəxsiyyətlər və İmadəddin Nəsimi”, Türkiyənin Qazi Universitetinin professoru Selma Yel “Azərbaycan-Türkiyə ortaq türk mədəniyyəti və İmadəddin Nəsimi”, qardaş ölkənin Hacı Bayramvəli Universitetinin professoru Fatma Turan “Nəsiminin şeirlərində Həzrəti Məhəmməd və Əhli-beyt sevgisi” mövzularında çıxışlar ediblər. Elmi konfransda “İmadəddin Nəsimi və hürufiliyə dair bəzi məqamlar ərəbdilli qaynaqlarda”, “Azərbaycan dövlətçiliyində hürufilik hərəkatının yeri”, “Nəsimi düşüncəsində insan məfhumu” və digər mövzularda məruzələr dinlənilib. Konfrans çərçivəsində türkiyəli alimlər Rəfiq Turan və Selma Yelə AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.