Şəkidə çörək sexində partlayış!

28 Noyabr 2019 17:10

Şəkidə çörək sexində partlayış baş verib. Hadisə günorta saatlarında Şəki şəhəri 20 yanvar küçəsində fəaliyyət göstərən, ümumi sahəsi 1500 kvadrat metr olan çörək sexində qeydə alınıb. Partlayış nəticəsində əraziyə dərhal Şəki Yanğından Mühafizə hissəsinin briqadaları cəlb edilib. Yanğının qarşısı dərhal alınıb. İlkin məlumata görə, partlayış nəticəsində sexdə çalışan 58 yaşlı Məlahət Məmmədova yanıq xəsarətləri alıb, yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Şəki RMX-dan verilən məlumata görə, Məlahət Məmmədova 2-ci və 3-cü dərəcəli üzün, kürəyin və hər iki qolun texniki yanığı diaqnozu ilə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti orta-ağırdır. Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.