Şəkidə "Xəmsə" milli intellektual bilik yarışı keçirilib...

28 Noyabr 2019 16:12

Şəhər məktəblərinin iştirak etdiyi yarışda 5 nəfərdən ibarət 12 komanda mübarizə aparıb. Komandalar müxtəlif mövzularda suallara cavab verərək qələbə uğrunda mübarizə aparıb. Qalib komandalar sonda mükafatlandırılıblar. İlk 3 yeri tutan komanda zona turunda Şəkini təmsil edəcək. Ümumilikdə isə 60 Şəki məktəbi bu yarışda iştirak edib.