85 saylı Şamaxı seçki dairəsində 712 nəfərin namizədliyi qeydə alınıb...

28 Noyabr 2019 16:01

85 saylı Şamaxı seçki dairəsində məntəqə seçki komissiyalarının üzvləri üçün 5 günlük treninqlər keçirilir və bütün komissiya üzvləri treninqlərə cəlb olunublar. Treninqlərdə bələdiyyə seçkilərinə hazırlığın gedişi haqqında hərtərəfli məlumat verilib. Həmçinin bildirilib ki, dairə üzrə 63 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrin seçici siyahılarında 41 min 601 seçici var. Onlardan 938 nəfəri ilk dəfə səs verənlərdir. İki seçicinin yaşı 100-dən yuxarıdır. Artıq namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başa çatıb. Beləliklə, 29 bələdiyyə üzrə 712 nəfərin namizədliyi qeydə alınıb. Habelə, dairə seçki komissiyasının təklifi ilə rayon icra hakimiyyəti başçısının Sərəncamına əsasən bələdiyyəyə namizədlərin təşviqat aparmaları üçün açıq və qapalı görüş yerləri müəyyənləşdirilib, rayon qəzetində həmin yerlər barədə məlumat dərc edilib.